"Liverpul"un yeni baş məşqçisi Andoni İraola açıqlama verib. Sport24.az xəbər verir ki, mütəxəssis komandanın transfer planlarından danışıb:

 

"İki transfer etmişik, ancaq aydındır ki, daha çox oyunçuya ehtiyacımız var. Klub bu istiqamətdə işlərini davam etdirir. Məşqçi kimi istəyim odur ki, bütün komanda toplanışa qədər yığılsın. Lakin futbolda bəzən gözlənilməz hadisələr də olur. İndiki məqamda əsas odur ki, transfer çalışmaları davam edir və bu prosesdə hamı səylə çalışır".

 

İraola ötən ay "Liverpul"a baş məşqçi təyin edilib.