"Əl-Əhli" kıubu "Sportinq"in portuqaliyalı vingeri Fransişku Trinkaunu heyətinə qatıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib.

Transferin dəyəri 45 milyon dollar təşkil edib. Müqavilədə əlavə olaraq 5 milyon dollarlıq bonuslar da nəzərdə tutulub. 25 yaşlı futbolçu şəxsi müqaviləsinin bütün şərtlərini qəbul edib və keçidin rəsmiləşdirilməsinə agenti Jorje Mendeş vasitəçilik edib.

Qeyd edək ki, "Əl-Əhli" Trinkaonu komandadan ayrılan Riyad Mahrezin əvəzləyicisi kimi transfer edib.