Almaniyanın "Leyptsiq" klubu "Börnli"nin mərkəz müdafiəçisi Maksim Estevi transfer edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Tərəflər arasında əldə olunan razılığa əsasən, transferin ümumi dəyəri bonuslarla birlikdə 32 milyon avroya çata bilər. 23 yaşlı fransalı futbolçu şəxsi müqaviləsinin bütün şərtlərini qəbul edib və Almaniyaya yollanaraq tibbi müayinədən keçəcək.
Qeyd edək ki, rəsmi açıqlamanın qısa müddətdə veriləcəyi gözlənilir.