"Aston Villa" heyətini "Milan"ın sol cinah müdafiəçisi Pervis Estupinyanla gücləndirmək niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "Mail" məlumat yayıb.
Premyer Liqa təmsilçisi 28 yaşlı Ekvador millisinin Dinyenin komandadan ayrılacağı təqdirdə əsas namizədlərdən biri kimi nəzərdən keçirir.
Bildirilir ki, Dinyenin yenidən PSJ-yə qayıtması baş tutarsa "Aston Villa" Estupinyanın transferi üçün rəsmi addımlar atacaq. Birmingem təmsilçisi hazırda bu mövqe üçün bir neçə futbolçunu nəzərdən keçirsə də, ekvadorlu müdafiəçi siyahıda ön sıralarda yer alır.