"Kəpəz" yaponiyalı futbolçu Ryonosuke Ohorini yenidən komandada saxlamaq istəsə də, bu cəhd uğursuz alınıb. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi 25 yaşlı yarımmüdafiəçinin 2026/2027 mövsümündə də komandanın formasını geyinməsini istəyib.

Lakin tərəflər arasında maliyyə şərtləri ilə bağlı razılıq əldə olunmayıb. Məhz bu səbəbdən Ohorinin "Kəpəz"ə qayıdışı baş tutmayacaq.

Qeyd edək ki, yaponiyalı futbolçunun "Neftçi" ilə qüvvədə olan müqaviləsi var. Bununla belə, o, "ağ-qaralar"ın da yeni mövsüm üçün planlarına daxil deyil. Bakı təmsilçisi Ohorini yenidən icarəyə göndərməyi və ya onunla yollarını birdəfəlik ayırmağı nəzərdən keçirir.