İspaniya millisinin futbolçusu Lamin Yamal açıqlama verib. Sport24.az xəbər verir ki, 19 yaşlı vinger DÇ-2026-da qol vura bilməməsindən danışıb:
"Mundialda qol vura bilməməyin məni narahat etmir. Hər turnir fərqlidir. Futbolda belə hallar olur, həmişə qol vurmaq mümkün deyil. Əsas diqqətim komandanın irəli getməyindədir. Millidə kimin fərqlənməsinin önəmi yoxdur. Qarşıda Fransa ilə çox vacib oyunumuz var. Ümid edirəm ki, yaxşı nəticə ilə finala çıxarıq. Bu oyunda qol hesabımı açacağıma ümid edirəm".
Bu gün keçiriləcək Fransa – İspaniya oyununa 23:00-da start veriləcək.