İspaniya millisinin sağ cinah müdafiəçisi Pedro Porro DÇ-2026-nın Fransa ilə yarımfinal matçından gözləntilərini bölüşüb. Sport24.az xəbər verir ki, 26 yaşlı futbolçu rəqibinin gücünü etiraf etsə də, komandasının meydana öz gücünə tam əminliklə çıxacağını vurğulayıb:
"200% diqqətli olmalıyıq və ümid etməliyik ki, Fransanın oyunu alınmayacaq. Bilirik ki, onların xüsusilə hücum xəttində güclü oyunçuları var. Onlar dünya çempionatında əla çıxış edirlər, amma biz də həmçinin. Rəqibdən qorxmuruq. Əgər onlardan soruşsanız, deyəcəklər ki, İspaniyadan qorxmurlar".
Porro həmçinin qeyd edib ki, belə bir qarşılaşmada həlledici rolu tərəflərdən birinin statusu deyil, ayrı-ayrı epizodlar oynaya bilər:
"Hər şeyi detallar və konsentrasiya həll edəcək. Rəqibdən gələn təhlükəni nəzərə almaq, eyni zamanda öz oyunumuza köklənmək lazımdır. Düşünmürəm ki, onları favorit hesab etmək olar. İstənilən halda, öz gücümüzə əminik. Kənar söhbətlər isə bizi elə də narahat etmir".
Qeyd edək ki, Fransa - İspaniya qarşılaşması bu gecə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.