"Sabah"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi dəqiqləşib. Sport24.az xəbər verir ki, bu, "Kups" olub. Komanda 1-ci mərhələdə Şimali Makedoniya "Vardar"ı ilə qarşılaşıb. "Kups" ilk oyunda 2:0 hesablı qələbə qazanıb, cavab görüşündə 2:3 hesabı ilə uduzub.

 

Beləliklə, Finlandiya təmsilçisi ümumi hesabda qalib gələrək, "Sabah"a rəqib olub.


Sözügedən komandalar arasında ilk matç iyulun 21-də Bakıda, cavab qarşılaşması isə iyulun 28-də Kuopioda keçiriləcək.

 

Qeyd edək ki, "Sabah" ÇL-in 1-ci təsnifat mərhələsində Uels TNS-ini mübarizədən kənarlaşdırıb (2:0, 1:2).