"İnter"in keçmiş qapıçısı Yann Sommer "Brügge"yə keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano "X" sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, 37 yaşlı isveçrəli qısamüddətli müqavilə imzalayacaq. O, yeni klubunda əsas qapıçı olacaq. Yann İspaniya da daxil olmaqla, digər klubların bir neçə təklifini rədd edib. Daha əvvəl "Ayaks"ın onunla maraqlandığı bildirilirdi.

 

Qeyd edək ki, qapıçı 2023-cü ildən Milan klubunda oynayırdı. Sommer "İnter"lə birlikdə iki İtaliya çempionluğu, İtaliya Kuboku və Super Kubokunu qazanıb və Çempionlar Liqasının finalına çıxıb. İsveçrəli qolkiper iyunun sonunda Milan klubundan ayrılıb.