"Kəpəz"in sabiq futbolçusu Pedro Qomesin yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, 23 yaşlı mərkəz müdafiəçisi Belçika təmsilçisi "Dender"lə müqavilə imzalayıb.
Tərəflər arasında 2+1 illik sözləşmə bağlanıb.
Son olaraq İspaniyanın "Valensiya" klubunun əvəzedici komandasında çıxış edən portuqaliyalı futbolçu 2025-ci ilin yayında "Kəpəz"lə iki illik müqavilə bağlamışdı.
Lakin ötən ilin dekabrında komandanın o zamankı baş məşqçisi Azər Bağırov rəhbərliyə Pedro Qomesi heyətdə görmək istəmədiyini bildirib. Bundan sonra tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.