"Tottenhem"in müdafiəçisi Pedro Porro "Barselona"nın diqqət mərkəzinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, 27 yaşlı futbolçu da karyerasını ispaniyada davam etdirməyə müsbət yanaşır. Bununla belə, transferin baş tutması bir sıra aparıcı klubların hədəfində olan Jül Kundenin komandadan mümkün gedişindən asılıdır.
Porro daha əvvəl "Jirona" (2018/19 mövsümü) və "Valyadolid"in (2019/20 mövsümü) heyətində çıxış edərək La Liqada oynamaq təcrübəsi qazanıb.
Qeyd edək ki, Porro cari mövsümdə dörd oyunda meydana çıxıb. Ötən mövsüm isə ispan futbolçu 47 matçda iştirak edərək 2 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.