Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb. Sport24.az xəbər verir ki, FİFA referisi UEFA Avropa Liqasının əsas mərhələsinin II tur çərçivəsində keçiriləcək "Neymegen" (Niderland) - "Levski" (Sofiya) matçında fit çalacaq.
Ona laysmanlar Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, "Neymegen" - "Levski" görüşü oktyabrın 15-də Neymegen şəhərindəki "Qoffert" stadionunda təşkil olunacaq.