II Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Dinamo" futbol klubunun üzvü Elvin Cahangirli mükafatlandırılıb. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı VII turun "Dinamo" – "Kür-Araz" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin baş mütəxəssisi Anar Əsədov təqdim edib.