Benin millisinin futbolçusu Sessi Dalmeyda "Neftçi"dən ayrılmağa hazırlaşır. Sport24.az-ın əldə etdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçi komandada kifayət qədər forma şansı qazanmadığı üçün narazıdır.
Hazırda özünə yeni klub axtaran afrikalı futbolçunun agenti onu Kipr klublarına da təklif edib.
Qeyd edək ki, Sessi Dalmeyda 2025-ci ildən "Neftçi"nin formasını geyinir. Yarımmüdafiəçi cari mövsümdə Misli Premyer Liqasında cəmi bir oyunda meydana çıxıb və həmin matçda 78 dəqiqə meydanda olub. Onun müqaviləsi 2027-ci ilin yayında bitir.