Almaniyanın "Borussiya" klubu baş məşqçisi Niko Kovaçla müqaviləni uzadıb. Sport24.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Mütəxəssislə anlaşmanın müddəti 2029-cu ilin yayına kimi artırılıb.

 

Kovaç 2025-ci ildən "Borussiya"ya rəhbərlik edir.

 

Dortmund təmsilçisi Bundesliqada 5 turdan sonra 13 xalla 2-ci sıradadır.

 

"Borussiya" Çempionlar Liqasında "Sabah"ın rəqibləri arasındadır. Tərəflər arasındakı oyun oktyabrın 20-də Bakıda keçiriləcək.