Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçi postuna Arda Turanı gətirmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Federasiya nümayəndələri mütəxəssislə ilkin görüş keçirsə də, Arda "yox" deyib.
"Şaxtyor"a rəhbərlik edən Turan Ukraynanın müharibə vəziyyətində olmasına baxmayaraq, klubdan ayrılmaq niyyətində deyil. O, bu durumda Donetsk təmsilçisini tərk etməyin doğru olmadığı qənaətindədir.
Qeyd edək ki, Türkiyə yığmasında ötən həftə baş məşqçi Vinçenso Montella ilə yollar ayrılıb.