AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda I Liqanın IV turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

08.10.2026-cı il tarixində I Liqada IV turun "Səbail"– "Karvan-Yevlax" oyununda "Karvan-Yevlax" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Karvan-Yevlax" komandası 210 manat cərimə edilsin (maddə 43.1);

 

09.10.2026-cı il tarixində I Liqada IV turun "Şimal"– "Xankəndi" oyunu "Xankəndi" komandasının futbolçularının formasında problem olması səbəbindən gec başladığına görə "Xankəndi" komandası 450 manat cərimə edilsin (maddə 83.5);

 

10.10.2026-cı il tarixində I Liqada IV turun "Gəncəbasar"– "Baku Sportinq" oyununda "Baku Sportinq" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Baku Sportinq" komandası 210 manat cərimə edilsin (maddə 43.1);