"Real"dan ayrılan Dani Karvahalın yeni ünvanı məlum olub. Sport24.az xəbər verir ki, müdafiəçi "Xetafe" ilə anlaşıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

La Liqa təmsilçisi 34 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.

 

Karvahal "Real"ın yetirməsidir. O, 2013-2026-cı illərdə "kral klubu"nun əsas komandasında forma geyinib.

 

Qeyd edək ki, müdafiəçi İspaniya millisində 52 oyunda 1 qol vurub.