AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqası ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
10.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında V turun "İmişli-2"– "Neftçi-2" oyununda "Neftçi-2" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Neftçi-2" komandası 70 manat cərimə edilsin (maddə 43.1);
10.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında V turun "Kəpəz-2"– "Qəbələ-2" oyununun 37-ci dəqiqəsində "Kəpəz-2" komandasının 2 nömrəli futbolçusu Arzu Atakişiyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Kəpəz-2" komandası 100 manat cərimə edilsin (maddə 46);
11.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında V turun "Zirə-2"– "Qarabağ-2" oyununun 68-ci dəqiqəsində "Qarabağ-2" komandasının məşqçisi Muarem Zekir hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, "Qarabağ-2" komandası 1000 manat cərimə edilsin (maddə 52.4).