"Venesiya" baş məşqçi Covanni Stroppa ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

 

58 yaşlı mütəxəssis, "Laqunari"nin dünən "Atalanta"ya uduzduğu (1:3) oyundan sonra vəzifəsindən azad edilib.

 

Stroppa "Venesiya"ya 2025-ci ilin yayında rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda, 2024/25 mövsümündə aşağı liqaya düşdükdən sonra yenidən A Seriyasına qayıtmağı bacarmışdı.

 

Qeyd edək ki, hazırda aktivində xal olmayan "Venesiya" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.