Portuqaliya milli komandasının keçmiş müdafiəçisi Pepe Portuqaliya Futbol Federasiyasının (FPF) İdarə Heyətinin üzvü seçilib. Sport24.az xəbər verir ki, bu barədə FPF-nin mətbuat xidməti məlumat yayıb.

 

"Özümə yaxın hesab etdiyim bir yerdən belə bir dəvət almaq mənim üçün böyük şərəf idi. Ümid edirəm ki, müsbət töhfə verə, bir çox insanın üzünə təbəssüm bəxş edə və Federasiyanın dəyərlərini təbliğ edə biləcəm", - deyə Pepe bildirib.

 

41 yaşlı portuqaliyalı futbolçu 2024-cü ilin avqustunda karyerasını başa vurub. O, 2007-2017-ci illər aralığında "Real" heyətində 334 oyun keçirib və 3 dəə Çempionlar Liqası və eyni sayda La Liqanın qalibi olub. Ümumilikdə isə karyerası ərzində titulu 14 kubok qazanıb.

 

Qeyd edək ki, Pepe Portuqaliya millisi ilə 2016-cı ildə Avropa çempionatının, 2019-da isə ilk dəfə təşkil olunan UEFA Millətlər Liqasının qalibi olub.