Azərbaycanın minifutbol üzrə U-23 komandası dünya çempionatında ilk matçına çıxıb. Sport24.az xəbər verir ki, milli Rumıniyadan olan həmyaşıdları ilə qarşılaşıb.
Görüş bərabərliklə başa çatıb – 3:3.
Azərbaycan millisinin qollarını Xəzər Ağalızadə, Nihad Ağayev və Fərid Abbasov vurub.
Qeyd edək ki, Dünya çempionatı Xorvatiyada keçirilir. Turnir oktyabrın 16-nadək davam edəcək.