Futbol üzrə Azərbaycan İİ Liqasında 7-ci turun son qarşılaşmaları keçirilib. Sport24.az xəbər verir ki, turun sonuncu oyun günündə azarkeşlər bol qollu matçlara şahidlik ediblər.

 

Günün ən böyükhesablı qələbəsini "Dinamo" qazanıb. Komanda öz meydanında "Kür-Araz"ın qapısından keçirdiyi 9 qolla rəqibini darmadağın edib – 9:1. Günün digər qarşılaşmasında "Marafon" "Ağdaş" üzərində 5:0 hesablı inamlı qələbə əldə edib. "Şəmkir" və "Hypers" komandalarının duelində isə qalib müəyyənləşməyib – 2:2.

 

Azərbaycan İİ Liqası

 

VII tur

 

15:00. "Şəmkir" – "Hypers" 2:2

Qollar: E. Xəlilli,10, T. Mütəlimov, 90 (pen.) – C.Əsədzadə,17, C. Rəcəbli, 61

Hakimlər: Elçin Abdullayev, Elvin Mədətov, Ağadur Mahmudov, Rauf Salamov.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Şirvan. Olimpiya İdman Kompleksinin stadionu.

 

15:00. "Dinamo" – "Kür-Araz" 9:1

Qollar: V.Seyidov, 4, 52 (pen.), Y.Qarayev, 30, 56, Z.Bayramov, 45+2, 81, N.Muradlı, 47, A.Nurəhmədov, 72, 89 – H.Abdullayev, 33 (pen.)

Hakimlər: Hacıağa Həsənov, Hüseyn Vəliyev, Tural Bayramov, Kamil Aydınov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Törə Əhmədova.

Binə qəsəbə stadionu.

 

15:00. "Marafon" – "Ağdaş" 5:1

Qollar: İ.Allahverdiyev, 29, 33, 85, Ə.Ələkbərli, 50, 63

Hakimlər: Mehdi Yusifov, Cavid Ömərov, Əhməd Əhmədsoy, Nəriman Ağayev.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Sabirabad. "Marafon Arena".


Qeyd edək ki, yeddinci turun əvvəlki oyunlarında "Qaradağ Lökbatan" səfərdə "Ağstafa Gəncləri"ni 2:1, "Difai" doğma meydanda "Şəki"ni 4:1, "Zəngəzur" isə "Şirvan"ı 1:0 hesabı ilə məğlub edib.