PSJ-dən ayrılan Renato Sançes karyerasını Azərbaycanda davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "X" platformasında "Naija Ballers" hesabı məlumat yayıb.
Xəbərdə "Qarabağ"ın portuqaliyalı yarımmüdafiəçi üçün 450 min avro maaş təklif etdiyi bildirilib. Futbolçunun Ağdam təmsilçisində oynamağa müsbət yanaşdığı qeyd edilib.
Qeyd edək ki, Renato karyerası ərzində PSJ, "Bavariya", "Roma" kimi klublarda forma geyinib. O, 2016-cı ildə Avropada ilin ən yaxşı gənc futbolçusu mükafatını qazanıb.