ATP seriyalı turnirlərin 4 qat qalibi Rayli Opelka tennisin islahatlara ehtiyacı olduğunu düşünür. Sport24.az xəbər verir ki, məşhur amerikalı raketka ustası indiki məqamda cüt yarışlarının əhəmiyyətsiz olduğunu söyləyib: “Tennisdə cüt yarışlarını ləğv etmək lazımdı. Onların mübarizəsinə yalnzı o vaxt baxılrlar ki, iki nəfərdən biri məşhur tennisçidi. Ya da ki, Brayan qardaşları korta çıxması azarkelərin diqqətini cəlb edir. Ümumiyyətlə, Britaniyadan kənarda cüt yarışları üçün nəzərdə tutulan biletlər satılmır. Razıyam, bəzi turnirlərdə fərdi yarışlar üçün də bilet satışında problem var. Amma iki tennisçi eyni vaxtda korta çıxırsa, bu heç kimi maraqlandırmır”.