Taekvondo üzrə milli komanda Fevralın 4-7-də BƏƏ-də beynəlxalq turnirdə iştirak edəcək. Sport24.az xəbər verir ki, Fujeyrada təşkil olunacaq G2 kateqoriyalı yarışda Azərbaycan milli komandası da iştirak edəcək.

 

Kişilərdən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayevlə böyük məşqçi Elnur Amanov turnirdə Səyyad Dadaşov (58 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq), Milad Beiqi Harçəqani və Həmidrza Badrialiabadiyə (hər ikisi +87 kq) şans verəcək.

 

Qadınlardan ibarət millinin baş məşqçisi Sun Mi Park isə BƏƏ-də Zemfira Həsənzadə, Minayə Əkbərova, Məryəm Məmmədova, Səmərrux Osmanova (hamısı 49 kq), Səidə Əliyeva (57 kq) və Fatimə Məcidovanı (67 kq) yoxlayacaq.

Sabah səfərə çıxacaq komandaya rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək. Taekvondoçularımız dayanq üzərinə fevralın 4-də çıxacaqlar.

 

Qeyd edək ki, yığma Bakıya fevralın 5-də qayıdacaq.