Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının medallarının təqdimat mərasimi keçirilib. Sport24.az xəbər verir ki, mükafatlar Olimpiadanın Təşkilat Komitəsinin mənzil-qərargahında təqdim olunub.

 

Medalların özəlliyi hər birinin tərkibində Eyfel qülləsinin metal fraqmentinin olmasından ibarətdir. Komitənin sədri Toni Estanqe bu medalların necə çətinliklə başa gəldiyini açıqlayıb: "Qızıl, gümüş və bürüncün Eyfel qülləsinin qiymətli metalı ilə eyni qarışıqda olması üçün nəhəng iş görülüb".

 

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.