"Mançester Yunayted" yarımmüdafiəçi Bruno Fernandesə maaşının artırılması ilə yeni müqavilə təklif etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə GOAL portalı məlumat yayıb.
"Qırmızı şeytanlar" 31 yaşlı portuqaliyalı oyunçunu saxlamaq istəyir və ona həftəlik 375.000 funt sterlinq maaş təklif edir. Yarımmüdafiəçi hazırda bonuslar xaric həftəlik 250.000 funt sterlinq qazanır.
Qeyd edək ki, Fernandes 2020-ci ildən "Mançester Yunayted"də oynayır. Onun müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, "mankunianlar"ın heyətində 327 oyuna çıxıb, 107 qol vurub və 108 məhsuldar ötürmə edib.