Azərbaycanın 3x3 basketbol üzrə qadın və kişilərdən ibarət milliləri bu gün Avropa Kubokunun seçmə mərhələsində mübarizəyə başlayır. Sport24.az xəbər verir ki, kişilərdən ibarət kollektiv Kosovoda təşkil olunacaq turnirdə Albaniya, Malta və San Marino ilə üz-üzə gələcək.

 

Qadınlardan ibarət yığma isə A qrupunda Kipr və Malta ilə qarşılaşır.

 

Hər iki yığma növbəti matçlarını sabah keçirəcək.