Kosovonun paytaxtı Priştinada 3×3 basketbol üzrə Avropa Kubokunun seçmə mərhələsində ilk oyun günü yekunlaşıb. Sport24.az xəbər verir ki, Avropa Kubokunda ölkəmizi təmsil edən həm kişi, həm də qadın milli komandalarımız qrup oyunlarında aşağıdakı nəticələri göstərərək, yarımfinala vəsiqə qazanıblar.
Kişi millimiz:
Azərbaycan – Albaniya (20:21)
Azərbaycan – Malta (18:16)
Azərbaycan – San Marino (21:20)
Qadın millimiz:
Azərbaycan – Kipr (16:10)
Azərbaycan – Malta (15:14)
Zaur Paşayevin məşqçilik etdiyi kişi millimiz bu yarışa ilk dəfə olaraq gənc heyətlə (Nicat Nəsirov – 21 yaş, Rəşid Abbasov -22 yaş, Əlibəy Məmmədli -21 yaş, Nəzər Quliyev -24 yaş) yollanıb. Bu yarış gənc basketbolçuların 3×3 basketbol karyeralarında ilk böyük yarışdır. İlk təcrübə olmasına baxmayaraq, millimiz qrup ikincisi kimi yarımfinalda mübarizə aparacaq.
Qadın millimiz isə yarışda 3 basketbolçu ilə (Arika Karter, Tatyana Deniskina və Aleksandra Molenhauer) iştirak edir. Əvəzetmədən istifadə edə bilməyən qızlarımız, qrup lideri kimi yarımfinalda yarışacaqlar. Kişi komandamız Bakı vaxtı ilə saat 19:00-da Kipr seçməsi ilə, qadın millimiz isə saat 18:00-da Kosovo ilə qarşılaşacaq.