Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunda iştirak edən Azərbaycan avarçəkənləri uğurlu çıxış ediblər. Sport24.az xəbər verir ki, Ziya Məmmədzadə və Nurlan Paşayev yüngül çəkidə iki nəfərlik qayıqda üçüncü yeri tutublar.

 

Ziya–Nurlan tandemi 2000 metr məsafədə finiş xəttini üçüncü keçərək bürünc medala sahib olub.