İspaniyanın "Jirona" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Sequndada mübarizə aparacaq komanda "Dyer"dən (Macarıstan) ukraynalı hücumçu Aleksandr Pişuru transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Forvardla 5 illik müqavilə imzalanıb.
21 yaşlı hücumçu ötən mövsümdə 36 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.