"Real"ın yeni baş məşqçisi Joze Mourinyo gələn mövsüm üçün müdafiəçilər Alvaro Karreras və Raul Asensioya güvənmir. Sport24.az xəbər verir ki, bu barədə "Madrid Universal" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Asensio qalmaq və ya klubun ona "Real"dakı maaşına bərabər bir komanda tapmasını istəyir.
Qeyd edək ki, Karrerasın klubdan ayrılması daha çətin görünür. Çünki o, ötən mövsüm "Los Blancos"a qoşulub və transfer haqqı çox bahadı.