"Bornmut"un yarımmüdafiəçisi Tayler Adams İngiltərə Premyer Liqasında klubu dəyişə bilər. Sport24.az xəbər verir ki, "Mançester Yunayted" ABŞ millisinin üzvünü transfer etmək istəyir.

 

Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

 

Hələ ki klublar arasında rəsmi danışıqlar yoxdur. "Mançester Yunayted"in yaxın vaxtlarda Adams üçün təklif göndərəcəyi bildirilir.

 

Qeyd edək ki, Tayler Adams 2023-cü ilin yayından "Bornmut"da çıxış edir. 27 yaşlı dayaq yarımmüdafiəçisi 2025/23 mövsümündə Premyer Liqada meydana çıxdığı 25 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.