"Mançester Yunayted" sabiq hücumçusu Ueyn Runi rəhbərliyə "Napoli"nin yarımmüdafiəçisi Skott MakTominayi geri qaytarmağı məsləhət görüb. Sport24.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi iki il əvvəl 26 milyon funt sterlinq qarşılığında ingilis klubundan ayrılıb və bundan sonra o, A Seriyasının ən yaxşı yarımmüdafiəçilərindən birinə çevrilib.

 

Runi bu barədə qonaq olduğu "The Wayne Rooney Show" verilişində danışıb:

 

"Mançester Yunayted"in onu buraxmasına inana bilmirdim. O, inanılmaz dərəcədə çox çalışır. O zaman o, hər həftə meydanda görmək istədiyiniz oyunçulardan biri idi. Şotlandiyalı futbolçu meydanın hər qarışı uğrunda mübarizə aparanlardan biridir".

 

2017-ci ilin may ayında Premyer Liqanın iki matçında Premyer Liqa MakTominayla birlikdə 94 dəqiqə oynayan Runi, "Yunayted"in şotlandiyalı oyunçuya çox ehtiyacı olduğunu vurğulayıb:

 

"Yunayted" onu buraxanda düşündüm ki, 'Vay, burada nə baş verir?'". Kaş ki, indi "Yunayted"ə qayıtsaydı.