"Roma" "Milan" və ABŞ millisinin yarımmüdafiəçisi Kristian Pulişiçlə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, 27 yaşlı futbolçu bir neçə aydır ki, müqaviləsinin uzadılması təklifini gözləyir. Onun agentləri artıq "Roma"nın baş məşqçisi Can Pyero Qasperini ilə danışıqlara başlayıb.
Pulişiç 2023-cü ilin yayından "Milan"ın formasını geyinir. Onun klubla müqaviləsi 2027-ci ilin iyununda başa çatır.
Qeyd edək ki, yarımmüdafiəçi 2025/26 mövsümündə 34 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.