ABŞ Prezidenti Donald Tramp 53 ildən sonra NBA çempionu olması münasibəti ilə "Nyu York Niks"i təbrik edib. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Amerika lideri komanda ilə yanaşı, klubun sahibi Jim Dolanı da yaddan çıxarmayıb. O, həmçinin son dörd pley-off qarşılaşmasının basketbol tarixinin ən möhtəşəm oyunları arasında olduğunu qeyd edib:
"Cim Dolanı və "Nyu-York Niks" komandasını təbrik edirəm".
"Nyu-York Niks" final seriyasında "San Antonio Spers"i 4-1 hesabı ilə məğlub edib. Həlledici görüş isə 94-90 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu, Nyu-York klubunun 1973-cü ildən bəri ilk titul idi. "Niks" səkkiz dəfə NBA finalına çıxıb və üç dəfə çempionluq qazanıb.