Mərakeş millisinin yarımmüdafiəçi İsmael Saibari "Bavariya"ya keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriio Romano "X" sosial media platformasında paylaşım edib.
Mənbənin sözlərinə görə, ingilis futbolçu Entoni Qordonun "Barselona"ya keçməsindən sonra Münhen klubu bütün diqqətini Saibariyə yönəldib. PSV Saibarini yüksək qiymətləndirir. "Bavariya" isə Niderland klubundan potensial transfer bağlı cavab gözləyir. Saibarinin özü də "Bavariya"ya keçmək istəyir.
Qeyd edək ki, futbolçu DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Braziliya ilə 1-1 bitən oyunda Mərakeş millisinin qolunun müəllifi olub.