Şotlandiya DÇ-2026-nın qrup mərhələsinin ilk oyununda Haiti yığmasını 1:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, matç Florida ştatının Foksboro şəhərində keçirilib.

 

Qarşılaşmada yeganə qolun müəllifi Con Makqinn olub. Yarımmüdafiəçi 28-ci dəqiqədə fərqlənib. 

 

Şotlandiya 1998-ci ildən bəri ilk dəfə dünya çempionatının final mərhələsinə çıxıb. Haiti isə 1974-cü ildən bəri ilk dəfə mundiala qatılır. 

 

Qeyd edək ki, Şotlandiya bu qələbədən sonra C qrupunda üç xalla birinci yerdədir. İkinci turda, iyunun 20-də  Şotlandiya Mərakeşlə, Haiti isə həmin gün Braziliya ilə qarşılaşacaq.