"Real"ın yarımmüdafiəçisi Brahim Diaz klubdan ayrılmaq niyyətində deyil. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

 

Futbolçunun "Yuventus"un maraq dairəsində olduğu bildirilir. Lakin mərakeşli futbolçu "Kral Klubu"ndan ayrılmağı düşünmür.

 

Qeyd edək ki, Dias "Real" ilə 2030-cu ilə qədər davam edəcək yeni müqavilə imzalayıb. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.