"Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Superliqaya vəsiqə qazanan "Amedspor" 24 yaşlı cinah müdafiəçisini transfer siyahısına daxil edib.

 

Mənbənin bildirdiyinə əsasən, Diyarbakır təmsilçisi Azərbaycan millisinin üzvü ilə ciddi maraqlanır və onun vəziyyətini yaxından izləyir. Klubun yaxın vaxtlarda bu transferlə bağlı konkret addımlar atacağı istisna edilmir.

 

Qeyd edək ki, Elvin Cəfərquliyev hazırda "Qarabağ"ın əsas komandasından kənarda qalıb. Bu amil futbolçunun yay transfer dönəmində klubunu dəyişmək ehtimalını artırır.