"Bavariya" və "Mançester Siti"nin keçmiş müdafiəçisi və Argentina millisi ilə dünya çempionatında "gümüş" qazanan Martin Demiçelis "RB Leypsiq"in "sükanı arxasına" keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

 

Hazırda "Malyorka"nı çalışdıran 45 yaşlı mütəxəssis "Leypsiq"dən rəsmi təklif alıb və klub 5 milyon avroluq sərbəst qalma məbləğini ödəməyə hazırdır.

 

Qeyd edək ki, Demiçelisin "Malyorka"sı başa çatan mövsümdə La Liqada 18-ci yeri tutub və komanda Sequndaya düşüb.