"Şamaxı"dan ayrılan Sezar Henrikenin yeni klubu məlum olub. Sport24.az xəbər verir ki, braziliyalı müdafiəçi "Alaşkert"ə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə anlaşmanın detalları açıqlanmayıb.
Sezar başa çatan mövsümdə "Şamaxı" formasıyla 33 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.