Türkiyə millisinin hücumçusu Kerem Aktürkoğlu DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Avstraliyaya məğlubiyyəti şərh edib. Sport24.az xəbər verir ki, "TRT Spor"a danışan Kerem qalan matçlarda uğur qazanacaqlarına inandığını bildirib: 

 

"Hələ ki heç nə bitməyib. Hər şey bizim əlimizdədir. Keyfiyyətə sahibik. Günahkar axtarmağın mənası yoxdur. Biz bir komandayıq. Xalqımız bizdən inciməsin. Onları səhərin erkən saatlarında yuxudan oyadıb qələbə hədiyyə etmək istəyirdik, amma alınmadı. İnşallah, növbəti matçlarda bunun əvəzini çıxacağıq".

 

Qeyd edək ki, Türkiyə millisi D qrupunda növbəti görüşünü Paraqvaya qarşı keçirəcək. Həmin matç iyunun 20-də Bakı vaxtı ilə saat 04:00-da San-Fransisko stadionunda baş tutacaq.