Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella DÇ-2026-da Avstraliyaya məğlubiyyəti şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis 0:2 hesabıyla bitən matçla bağlı bunları deyib:
"Oyun taktiki olaraq gözlədiyimizdən fərqli keçmədi. İki qol buraxdıq, çox üzgünük. Komanda ruhunu meydana əks etdirdik, ürəklə oynadıq. Buna davam etsək, istədiyimiz nəticələri qazanacağıq. Növbəti oyunda daha yaxşısını edəcəyik".
Türkiyə yığması növbəti oyunu iyunun 17-də Paraqvaya qarşı keçirəcək.