Azərbaycanlı güləşçi Hacı Əliyev RAF-da ilk görüşünü keçirib. Sport24.az xəbər verir ki, təcrübəli idmançı Puerto-Rikonu təmsil edən Sebastyan Rivera ilə qarşılaşıb.

 

Görüş rəqibin 9:5 hesablı üstünlüyü ilə başa çatıb.

 

RAF ABŞ-də yaradılmış peşəkar sərbəst güləş təşkilatıdır. 2025-ci ildən fəaliyyət göstərən qurumun məqsədi müxtəlif ölkələrdən olan elit güləşçilər üçün peşəkar platforma yaratmaqdır.