"Araz-Naxçıvan"dan ayrılan Kristian Avramın yeni klubu məlum olub. Sport24.az xəbər verir ki, qolkiper ölkəsinin təmsilçisi "Petrokub"a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Araz-Naxçıvan" Avramla müqaviləni uzatmayıb. Qolkiper 2023-cü ildən Premyer Liqa klubunda çıxış edirdi.