Əfsanəvi norveçli biatlonçu Ule-Eynar Byorndalen Fransa millisinin baş məşqçisi təyin oluna bilər. Sport24.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bir müddət əvvəl Fransanın millisinin məşqçiləri Vensan Vittoz və Patrik Favr biatlonçularla dil tapa bilmədilklərinə görə istefa verdiyindən federasiya hazırda vakant posta axtarışlarını davam etdirir. Hazırda Byorndalenlə danışıqlar davam edir.

Elə Ule-Eynar da məlumatı təsdiqləyib: “Fransa millisi fantastik biatlonçulardan ibarət əla komandadı. Orada istedadlı biatlonçuların sayı çoxdu. İstənilən adam üçün bu yığmada işləmək böyük şərəf olardı”.

Xatırladaq ki, buna qədər Byorndalen Çin millisini də çalışdırmışdı.