İspaniyalı tennisçi Rafael Nadal bu gün start götürən Barselona turnirində iştirak edəcək. Sport24.az xəbər verir ki, o, bu barədə keçirilən mətbuat konfransında deyib.

 

Zədə üzündən son turnirlərdə iştirak etməyən Nadal karyerasının son ilində tennisdən zövq almaq istədiyini bildirib: "Son anda qəbul olunmuş qərardan imtina etmişəm. Bura gələrkən, oynayıb-oynamayacağımı bilmirdim. Sabah (bu gün) korta çıxacağam. Barselonada oynamaq mənim üçün hədiyyədir. Bunu karyeramın son ili kimi qəbul edirəm və hər anından zövq almaq istəyindəyəm".

 

Qeyd edək ki, Rafael turnirin ilk mərhələsində Flavio Kobolli (İtaliya) ilə qarşılaşacaq. Oyun bu gün keçiriləcək.