Koronavirus əleyhinə peyvənd olunmadığına görə ABŞ-da keçirilən iki “Masters” seriyalı turnirdən kənarda qalan Novak Cokoviç bu vəziyyətə düşdüyünə görə özünü günahkar saymır. Sport24.az xəbər ki, Novak peyvənd olunmadığına görə peşmanlıq hissi keçirmədiyini söyləyib: “Heç nəyə görə peşman deyiləm. Həyatım boyunca bir şeyə əmin olmuşam ki, peşmanlıq hissi həmişə səni yolundan kənarlaşdırır və səni keçmişlə yaşamağa məcbur edir. Bunu etmək istəmirəm. Həm də uzaq gələcəyə də boylanmaq istəmirəm. Məhz indiki kimi olmaq istəyirəm. Sadəcə, öz gələcəyimi qurmalıyam. İstənilən halda, reytinqdə ilk pilləyə yüksələn Karlos Alkarası təbrik edirəm. O, layiqli şəkildə ilk pilləyə qayıtdı. Təəssüf ki, İndian-Uells turnirində iştirak edə bilmədim və Mayamiyə də qatıla bilməyəcəm. Hərçənd, bu turnirləri sevirəm və həmişə bu yarışlarda uğur qazanmışam. Amma məhz özüm ora gedən yolumu bağladım. Ümid edirəm ki, mövcud vəziyyət “US Open” ərəfəsində dəyişəcək”.